Bakıda 12 milyonluq obyekt təcili satılır

Bakıda 12 milyonluq obyekt təcili satılır

Yasamal rayonunda 12 milyonluq obyekt təcili satışa çıxarılıb.

Milletinsesi.az xəbər verir ki, Badamdar şossesi, əsas yolun tam kənarında yerləşən obyekt 89 sot özəl torpaq üzərində tikilib.

Azərbaycan və Qafqazda analoqu olmayan obyekt hesab edilən tikilinin böyük bir hissəsi hazırdır. Əmlak sahibi bildirib ki, tikilinin bütün sənədləri yerindədir. Məkan konsert zalı, kinoteatr, əyləncə mərkəzi, restoran və konfrans zalı kimi istifadə edilməyə tam uyğundur.

Obyekt təcili satıldığı üçün qiymətində endirim də ediləcək. İlkin satış isə 12 milyon manat müəyyən edilib.

Share: