Sumqayıtda dəm qazından boğulma hadisəsi baş verib.
Şəhərin 8-ci mikrorayonunda 1984-cü il təvəllüdlü Babayev Adışirin Nadir oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (APA)