Sumqayıt sakini dəm qazından boğulub

Sumqayıtda dəm qazından boğulma hadisəsi baş verib.

Şəhərin 8-ci mikrorayonunda 1984-cü il təvəllüdlü Babayev Adışirin Nadir oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Share: