Bakı şəhəri, Xətai prospektində (Təhsil Nazirliyinin yaxınlığında) işıqforun aşması nəticəsində tıxac yaranıb.
Bu barədə Report-a ərazidə xidmət aparan Dövlət Yol Polisinin (DYP) əməkdaşı məlumat verib.
Hazırda tıxac qalmaqda davam edir. Sürücülərə təklif olunan alternativ yollarda da tıxac yaranıb.