Kannavaro Çin millisindən getdi

Kannavaro Çin millisindən getdi

Çin millinin baş məşqçisi Fabio Kannavaro istefa verib.

Qol.az xəbər verir ki, İtaliya yığmasının sabiq üzvü bu barədə şəxsi İnstagram səhifəsində yazıb. O, gedişinin səbəbini belə izah edib:

“Quançjou Everqrand” klubuna və Çin Futbol Federasiyasına təşəkkür edirəm. Onlar iki böyük komandanı eyni anda mənə həvalə ediblər. Ancaq iki yerdə birdən çalışmaq çox vaxtımı alır və ailəmə vaxt sərf edə bilmirəm”.

Qeyd edək ki, Kannavaronun Çin millisindəki işi cəmi bir ay çəkib. Bu müddətdə yığma Tailand və Özbəkistana məğlub olub.

Share: