İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar başlayıb.
Milletinsesi.az-ın xəbərinə görə, liderlər iki ölkə arasında əməkdaşlığa dair məsələləri, eləcə də Suriya və və Liviya daxil olmaqla regiondakı vəziyyəti və ABŞ-la İran arasında yaranan gərginliyi müzakirə edəcəklər.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin “Türk axını” qaz kəmərinin açılışında iştirak etmək üçün İstanbulda işgüzar səfərdədir.