“Twitter” yeni funksiyanı sınaqdan keçirəcək

“Twitter Inc.” mikrobloqlar xidməti cari ilin əvvəlində istifadəçilərə onların tvitlərinə kimin cavab verdiyini idarə etməyə imkan verəcək yeni funksiyaları sınaqdan keçirəcək.

Milletinsesi.az ictnews.az-a istinadən bildirir ki, “biz “Twitter”də istifadəçilərə ünsiyyət üzərində daha çox nəzarət imkanı yaratmaqla onlara təhlükəsizlikdə olduqlarını hiss etməyə kömək etmək istəyirik. 2020-ci ilin əvvəlində tvitlərə cavabla bağlı müxtəlif variantlar üzərində təcrübə aparacağıq” – “Twitter”in nümayəndəsi deyib.

“Twitter” ötən ilin noyabrında elan etmişdi ki, təhlükəsizlik baxımından və rahat ünsiyyət üçün istifadəçilərə öz tvitlərinə cavabları gizlətməyə imkan verəcək.

ABŞ-ın “Twitter Inc.” şirkəti 2006-cı ildə təsis edilib. Şirkətin əsas məhsulu qısa mesajlarla mübadilə üçün sosial şəbəkədir. Mənzil-qərargahı San-Fransiskoda yerləşir.

Share: