Bu serial artıq bitir

Türkiyənin “Fox” telekanalında efirə gedən məşhur “Kadın” serialı finala hazırlaşır.

Axşam.az xəbər verir ki, ekran işi 4 bölümdən sonra bitəcək.

Senarisini Hande Altaylı, Rahşan Gülşan və Ceyda Erenoğlunun yazdığı ekran işinin 3 ildən çoxdur davam etməsi tamaşaçıları da yorub. Artıq “Kadın”ın əvvəlki reytinqi vermədiyi bildirilib.

Qeyd edək ki, serialda baş rollarda Özge Özpirinçci, Feyyaz Duman və Bennu Yıldırımlar kimi aktyorlar rol alıb.

Share: