BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Şənbə , Yanvar 25 2020
Son xəbərlər
Ana səhifə / Dünya / Təyyarəyə 200 diri əqrəb keçirmək istədi

Təyyarəyə 200 diri əqrəb keçirmək istədi


Şri Lankada Bandaranaike hava limanının əməkdaşları çinli sərnişindən 200 diri əqrəb müsadirə edib.

Trend-in məlumatına görə, 30 yaşlı şəxs əqrəbləri plastik qablara yığaraq çantada gizlədib.

Lakin gömrük baxışı zamanı əqrəblər aşkar edilib və müsadirə olunub. Həmin şəxs 551 dollar məbləğində cərimələndikdən sonra təyyarəyə buraxılıb.

Onun əqrəblərin zəhərindən istifadə etmək üçün Çinə aparmaq istədiyi məlum olub.