Aralıq dənizndə 4.4 bal gücündə zəlzələ baş verib.
Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin yerli saatla 07:34-də Mərmərə bölgəsindən 161 km məsafədə qeydə alındığı bildirilib.
Zəlzələ mərkəzinin yerin 18.90 km dərinliyində baş verdiyi qeyd edilib.