Fransada qar uçqunu baş verib – ölənlər var

Fransanın Savoy şəhərində qar uçqunu zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb, digərinin axtarışı davam edir.

Trend-in məlumatına görə, bu barədə “France3” bildirib.

Yanvarın 30-da La Tusyuir stansiyası yaxınlığında uçqun baş verib.

Bildirilib ki, 4 xizəkçini uçqun aparıb:

“İki nəfərin cəsədi tapılıb, biri ağır yaralanıb, digəri isə itkin düşüb”.

Share: