Ağcabədidə avtomobil aşıb, iki qardaşdan biri ölüb

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Şərəfxanlı kəndi ərazisində qeydə alınıb. 1998-ci il təvəllüdlü Əliyev Şaməddin Niyaməddin oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 15 yaşlı Əliyev Nəciməddin Niyaməddin oğlu aldığı xəsarətdən hadisə yerində ölüb. Xəsarət alan sürücü isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. (APA)

Share: