Putin Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 75 illiyi münasibəti ilə təbrik edib.

Milletinsesi.az xəbər verir ki, təbrik məktubu Kremlin rəsmi saytında yer alıb.

“75 illik yubileyiniz münasibəti ilə ən xoş təbriklərimi qəbul edin. Uzun illərdir siz ölkələrimiz və xalqlarımız arasında səmərəli əməkdaşlıq, dost münasibətlərin inkişafına mühüm töhfə verirsiniz. Əlbəttə ki, Rusiyada sizin parlaq bəstəkarlıq, musiqiçi və artistlik istedadınız yüksək qiymətləndirilir, səmimiyyətlə sizin ilhamverici yaradıcılığınız sevilir”, – deyə məktubda yer alıb.

 

Share: