Yanvar ayında 18 nəfər qidadan zəhərlənib

Yanvar ayında 18 nəfər qidadan zəhərlənib

Bu ilin yanvar ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1985 müraciət daxil olub. Daxil olan müraciətlərdən 401-i sertifikatlaşdırma və qeydiyyat, 429-u idxal-ixrac əməliyyatları, 187-i istehlakçı hüquqlarının pozulması halları ilə əlaqədar olub.

Agentlikdən Milletinsesi.az-a verilən məlumata görə, qida zəhərlənmələri ilə əlaqədar 42 müraciət daxil olsa da, onlardan yalnız 18-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Həmin dövrdə agentliyə daxil olan müraciətlərin 69-u işə qəbulla bağlı, 857-i isə digər xarakterli müraciətlər olub.

Share: