Klopp “Liverpul”un oyununa notbukda baxacaq

“Liverpul”un baş məşqçisi Yürgen Klopp İngiltərə kubokunun 1/16 finalında “Şrusberi Taun”la təkrar oyuna öz notbukunda baxacaq.

Qol.az “The Guardion”a istinadən xəbər verir ki, o, əsas komandanın üzvlərinə istihət verdiyi üçün özü də bu görüşdə stadionda olmayacaq. Alman mütəxəssis bu oyuna görə oyunçularının istirahətini pozmaq fikrində deyil. Sözügedən görüşdə “Liverpul” gəncləri iştirak edəcək. Komandanın başında isə U-23 komandasının baş məşqçisi Nil Kritçli olacaq.

Klopp isə klubun telekanalı vasitəsi ilə oyunu izləyək. O, dekabrda olan klublararası dünya çempionatı olduğu kimi ilk hissədən sonra məşqçi və futbolçularla danışa biləcək.

Qeyd edək ki, İngiltərə liqa kubokunda “Aston Villa” ilə oyun zamanı “Liverpul”un əsas komandasının üzvləri klublararası dünya çempionatında olduğu üçün gənclərə şans verilmişdi.

Share: