Ötən ay Azərbaycanda 550-dən çox zəlzələ baş verib

2020-ci ilin yanvar ayında Azərbaycanda 550-dən çox zəlzələ baş verib.

Milletinsesi.az xəbər verir ki, bunu AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli fevralın 4-də Geologiya və Geofizika İnstitutunda 2020-ci ilin yanvar ayında dünyada baş vermiş güclü zəlzələlərlə bağlı ekspress-müzakirədə deyib.

O bildirib ki, bu zəlzələlərin əksəriyyəti 3 baldan aşağı olduğu üçün hiss edilməyib.

Share: