Kanada, Əfqanıstan, Böyük Britaniya, İsveç və Ukrayna İranda səhvən raketlə vurulan Ukrayna təyyarəsinin qara qutularının onlara verilməsini tələb edir.
Milletinsesi.az-ın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kanada Xarici İşlər Nazirliyinin qəza nəticəsində ölənlərin yaxınlarına kömək məqsədilə bu ölkələrin yaratdığı beynəlxalq koordinasiya qrupunun iclasından sonra verdiyi açıqlamada bildirilib.
Sənəddə deyilir: “Bütün ölkələr İranın qara qutuları təhvil vermək istəməməsindən narahatdırlar. İran tam və açıq əməkdaşlığa hazır olduğunu nümayiş etdirməsi üçün dərhal qara qutuları təhvil verməyə borcludur”.
Bəyanatda o da qeyd olunub ki, müvafiq prosedur Beynəlxalq Mülki Aviasiya Təşkilatının nizamnaməsində də öz əksini tapıb.