Sədrdən SSRİ pasportu daşıyanlara müraciət

Dövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov ölkə ərazisində keçmiş SSRİ pasportları əsasında yaşayan və ya vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxslərə müraciət edib.

Milletinsesi.az xəbər verir ki, müraciət V.Hüseynovun rəsmi feysbuk səhifəsində yayımlanıb.

V. Hüseynov qeyd edib ki, Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərindən biri də vətəndaşsızlıq hallarının aradan qaldırılmasıdır:

“Hazırda heç bir ölkənin vətəndaşlığına mənsub olmayan, ölkə ərazisində keçmiş SSRİ pasportları əsasında yaşayan və ya vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxslərin Xidmətə müraciət etməsini xahiş edirik. Ətrafınızda belə şəxslər varsa, tanıyırsınızsa onları məlumatlandıra və ya əlaqə vasitələrini bizə göndərə bilərsiz”.

 

Share: