Nə yarasa, nə ilan, koronavirus bu heyvandan keçibmiş – Alimlər AÇIQLADI

Bir çox ölkəyə sıçrayan koronavirusun necə ortaya çıxdığı ilə bağlı iddialar irəli sürülüb.

Milletinsesi.az “Washingtonpost”a istinadən xəbər verir ki, ölümlərin başladığı ilk günlərdə yarasa, ilan və meymundan insanlara keçdiyi deyilən virusun əslində panqolin adlı məməli heyvandan keçdiyi bildirilib.

Şimali Çin Təsərrüfat Universitetinin alimləri bu qənaətə gəliblər. Universitetdən edilən açıqlamada bu yeniliyin virusun qarşısının alınmasında və nəzarət altına alınmasında önəmli olduğu qeyd edilib.

Qeyd edək ki, panqolin əsasən Uzaq Şərqdə yaşayan, gecələri görülən, gündüzləri isə qazdıqları çuxurlarda yatan pullu, məməli heyvandır.

Share: