Ağ Ev bu cür bəyanatlarla Venesueladakı dövlət çevrilişinin uğursuzluğunu gizlətməyə çalışır.
Milletinsesi.az xəbər verir ki, bu sözləri Venesuelanın Xarici İşlər naziri Xorxe Arreaza ABŞ Dövlət katibi Mayk Pompeonun “Nikolas Maduronun ölkədən qaçmağa cəhd göstərməsi” ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Nazir sözügedən bəyanatların yalan olduğunu açıqlayıb və ABŞ-ı diplomatiya barədə xatırlamağa dəvət edib.
Qeyd edək ki, Venesuela müxalifətinin lideri Xuan Quaido Prezident Nikolas Maduronun devrilməsinə hazırlanmış “Azadlıq” əməliyyatının finalının başladığını elan edib.