İlham Əliyev yəhudi liderlərlə görüşdü

İlham Əliyev yəhudi liderlərlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ümumdünya Yəhudi Konqresinin, Avrasiya Yəhudi Konqresinin və Avropa Yəhudilərinin Bakı dini icmasının rəhbərlərinin daxil olduğu nümayəndə heyətini qəbul edib.

Milletinsesi.az xəbər verir ki, dövlət başçısı Ümumdünya və Avrasiya Yəhudi konqresləri rəhbərlərinin ölkəmizə geniş tərkibdə səfərinin əməkdaşlığın müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Prezident İlham Əliyev əsrlər boyu ölkəmizdə müxtəlif xalqların, o cümlədən yəhudilərin əmin-amanlıq şəraitində bir ailə kimi yaşadığını vurğulayaraq, bu gün də Azərbaycanın mədəniyyətlərarası dialoqun uğurla həyata keçirildiyi bir ölkə kimi tanındığını qeyd edib. Dövlət başçısı Azərbaycanın beynəlxalq aləmdə sivilizasiyalararası əlaqələrin təmin edilməsi işinə böyük töhfə verdiyini deyib.

Çıxış edən qonaqlar Prezident İlham Əliyevlə görüşdən məmnunluq hissi keçirdiklərini bildirdilər. Onlar ölkəmizdə gördükləri inkişaf proseslərinin nümayəndə heyətinin üzvlərində dərin təəssürat doğurduğunu qeyd ediblər.

Söhbət zamanı Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirin xalqlararası və mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyi vurğulanıb.

Share: