“Real” və “Yuventus”u udandan sonra heç kimdən qorxmuruq” – Onana

“Real” və “Yuventus”u udandan sonra heç kimdən qorxmuruq” – Onana

Dünən Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Tottenhem”i məğlub edən “Ayaks”ın qapıçısı Andre Onana finala çıxmaq şanslarını dəyərləndirib.

Milletinsesi.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, kamerunlu qolkiper artıq heç bir rəqibdən çəkinmədiklərini bildirib:

“Barselona” böyük komandadır. Finala çıxsaydıq, onlarla oynamaq əla olardı. Amma indidən bu haqda danışmaq tezdir. Ümid edirəm ki, finala vəsiqə qazanacağıq. Orada kimlə oynayacağımızın fərqi yoxdur. “Real” və “Yuventus”u udandan sonra heç kimdən qorxmuruq. Amma təkrar edirəm ki, bu haqda danışmaq tezdir”.

Qeyd edək ki, “Ayaks” dünən yarımfinalın ilk oyununda səfərdə “Tottenhem”i məğlub edərək, cavab matçıöncəsi üstünlük qazanıb. Yarımfinalın digər görüşündə isə “Barselona” bu gün evdə “Liverpul”u qəbul edəcək.

Share: