Vilayət Eyvazov yeni rəis təyin etdi

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Xətt Polis İdarəsinin Gəncə şəhər şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şadəm Hüseynov vəzifəsindən azad edilib.

Report xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Ş.Hüseynov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat olmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.

***

Daxili işlər orqanlarında yeni təyinat olub.

Lənkəran DYP-nin rəisi, polis mayoru Elşən Əvəz oğlu Əzizov vəzifəsindən azad edilərək Sabirabad rayonu DYP rəisi vəzifəsinə təyin olunub.

 

Share: