“Məlum səbəbdən, digər dairələrdəki seçki proseslərini izləyə bilməmişdim. İki gündür, ortada olan videolara baxıb, təhlil edirəm… Belə anladım ki, seçki adına əsil yarış, seçki günü ən düzgün prosedurlar 35 saylı dairədə gedibmiş (təbii, daha başqaları da var)…”
Milletunsesi.az xəbər verir ki, bu sözləri Xətai üçüncü seçki dairəsindən lider namizəd elan edilmiş Rauf Arifoğlu bildirib.
O, qeyd edib ki, sadəcə, Məzahir Pənahovu və hakimiyyəti sosial media “atmosferə” saldı. “Bizim dairəni qurban verib, bütövlükdə seçkini xilas etməyə cəhd göstərdilər. Amma üzə çıxan yeni – yeni videolar göstərir ki, 35-ci Xətai 3-cü seçki dairəsini qaytarıb, ən azı, 35 dairəni ləğv eləmək lazımdı…
Məzahir Pənahovun ömrü boyu bircə dəfə demokratlığı tutdu, o da bizim dairənin başında çatladı. “Sosial şəbəkə göstərer, yazmağa, sənədlərə baxmağa gərək qalmer…”, dedi…
İkinci dəfəmizdə bunu Feysə baxmağa qoymamaq lazımdı.
Hər şey Feysdəki kimi olsaydı, dünən MSK -nın qarşısında 35-40 min “like” olmalı idi.
Cəmi 35-40 idilər…”.