Müğənni Keti Perri və aktyor Orlando Blumdan sonra Emma Stoun da toyunu təxirə salmalı oldu.
Axşam.az xəbər verir ki, 34 yaşlı sevgilisi Deyv Makkerə ərə getməyə hazırlaşan aktrisanın toyu həftəsonu Los-Ancelesdə olmalı idi. Cütlük toyun yeni tarixi ilə bağlı heç bir məlumat verməyib.
Koronavirus infeksiyasına görə Emma və Deyv belə bir addım atdıqlarını bildiriblər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 10-dan artıq insanın yer aldığı tədbirlərin ləğv olunmasını bildirib.