İndoneziyada yüzlərlə yarasa yandırıldı – VİDEO

İndoneziyanın Surakarta şəhərində yüzlərlə yarasa məhv edilib.

Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, yarasalar şəhər rəhbərliyinin tələbi ilə bazarlardan müsadirə edilib.

Koronavirusun yayılmasının əsas mənbəyi hesab olunan yarasalar qəfəslərə toplanaraq yuxuya verildikdən sonra yandırılıb.

Xatırladaq ki, ötən ilin dekabrında Çində qeydə alınmış koronavirus pandemiyası bu gün 167 ölkəyə yayılıb. Virusa yoluxanların sayı 200 min nəfərə, ölənlərin sayı 8 min nəfərə çatır.

Share: