“Çelsi”nin futbolçusu koronavirusa qalib gəldi

Koronavirusa yoluxan “Çelsi”nin futbolçusu Kallum Hadson-Odoi sağalıb.

Qol.az xəbər verir ki, bu barədə  London klubunun baş məşqçisi Frenk Lempard yerli mətbuata açıqlamasında deyib.

O, 19 yaşlı ingilis hücumçunun özünü normal hiss etdiyini bildirib: “Kallumun irəliləyişdə olduğunu və normal vəziyyətə qayıtdığını deyə bilərəm. Bu, açıq şəkildə hamımızın eşitmək istədiyi xəbərdir. Hər kəsin bu xəstəlikdən müalicə olunub, tam sağalmayacağını bilirəm. Bütün idman ictimaiyyətini məsuliyyətli davranmağa səsləyirəm”.

Share: