İranda ölənlərin sayı 1500-ü keçdi

İranda sutka ərzində 966 nəfər koronavirusa yoluxub, 123 nəfər isə ölüb.

Milletinsesi.az xəbər verir ki, İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur deyib.

“Sutka ərzində daha 966 nəfərdə koronavirus aşkarlanıb. Ümumi yoluxanların sayı 20610 nəfərdir. Ölənlərin sayı isə 1556 nəfərə çatıb”, – Cahanpur bildirib.

 

Share: