Venesuela Prezidenti Nikolas Maduro tezliklə Sankt-Peterburqa səfər edəcək.
Milletinsesi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Venesuela Xarici İşlər naziri Xorxe Arreaza deyib. Onun sözlərinə görə, Maduro Rusiyaya Sankt-Peterburq İqtisadi Forumunda iştirak üçün gələcək.
O, Maduronun forumda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini də qeyd edib.