BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Aprel 6 2020
Son xəbərlər
Ana səhifə / Gündəm / 23 mart Ümümdünya meteorologiya günüdür

23 mart Ümümdünya meteorologiya günüdür


Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən hər il martın 23-ü Ümumdünya meteorologiya günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd hidrometeorologiya ilə bağlı dünyada baş verən proseslər, xüsusilə son illər cəmiyyəti narahat edən qlobal iqlim dəyişmələri, baş verə biləcək təhlükəli hidrometeorloji proseslərə ictimaiyyətin diqqətini yönəltməkdən ibarətdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, hazırkı dövrdə dünya su ilə bağlı streslərdən irəli gələn daha ciddi problemlərlə, quraqlıqlarla, daşqınlarla, həmçinin təmiz suya əlçatanlığın olmaması ilə üzləşir. Su resurslarının proqnozlaşdırılmasının, monitorinqinin və idarə olunmasının təcili olaraq təkmilləşdirilməsi vacib məsələrdən biridir.

Suların həddindən artıq çirklənməsi problemi ilə də bir çox ölkələr qarşılaşır.

Bununla əlaqədar Ümumdünya meteorologiya günü 2020-ci ildə “İqlim və su” ümumi mövzusu ilə qeyd olunur. İlin devizi isə “Hər damlanı qoruyaq, hər damla hesabdadır” çağırışı kimi seçilib.

Bu mövzu çərçivəsində əsas diqqət iqlim və su resurslarının daha əlaqələndirilmiş və davamlı idarə olunmasına yönəldilir. Beləki, iqlim və su bir-biri ilə qırılmaz əlaqəlidirlər. Hər biri davamllı inkişafın qlobal məqsədlərinin, iqlim dəyişmələrinin və yoxsulluq risklərinin azaldılması sahələrinin əsasında durur.

Son illər ölkəmizdə əhaliyə göstərilən hidrometeoroloji xidmətin səviyyəsinin qaldırılması, hava proqnozlarının dəqiqliyinin artırılması, o cümlədən bütün ölkəni əhatə edən hidrometeorloji şəbəkənin fəaliyyətinin təkmilləşdirilməsi və modernləşdirilməsi, ən müasir müşahidə və proqnoz sistemlərinin tətbiqi istiqamətində geniş işlər aparılır.

 

mersin escort
mersin escort