İranda altı yaşlı uşaq koronavirusdan öldü

İranın Şimali Xorasan əyalətində bu vaxta qədər 189 nəfərdə korona tapılıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Şimali Xorasan Tibb Elmləri Universiteti məlumat yayıb.

“Bunlardan 19-u həyatını itirib. Ölənlərdən biri 6 yaşlı uşaqdır”, – məlumatda bildirilib.

Qeyd edək ki, uşaqların koronavirusu yüngül keçirdiyi və bu virusdan nadir hallarda dünyasını dəyişdiyi bildirilir.

Ən son məlumata görə, İranda koronavirusa 23.049 nəfər yoluxub, 1.812 nəfər bu virusdan ölüb.

 

Share: