Amerika və Avropadakı pivə zavodları bağlandı

Koronavirus səbəbilə qlobal pivə bazarında bir neçə zavodun bağlanmaq təhlükəsi var.

Pandemiya fonunda məhsula tələbat azalıb, ABŞ və Avropada pivə zavodları bağlanmaq təhlükəsindədir. Bu barədə Amerika və Avropa mətbuatında məlumat verilib.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün dünyanın dörd bir tərəfindəki hökumətlər kafe, bar və restoranların fəaliyyətinə məhdudiyyətlər tətbiq edib. Bu qərar ABŞ-da minlərlə kiçik pivə zavodunu bağlı qoyub. Yerli analitiklərin fikrincə, ən çox təsirlənən əsasən məhsullarını müəssisələrə təhvil verən və rəflərdə saxlamayan kiçik pivə zavodları olub.

“İlin iki əsas “pivə” hadisəsinin – Martın 17-də qeyd olunan Müqəddəs Patrik Günü və eyni ayda qeyd edilən kişilərin birinci basketbol turnirinin də ləğvi ABŞ-da istehsalçılara mənfi təsir göstərib”, – deyə “Wall Street Journal” yazıb. Bu tədbirlər münasibətilə restoran, bar və stadionlara təhvil verilən pivələrin artıq istifadə müddəti bitib.

“Associated Press” isə yazıb ki, Avropada kiçik müəssisələrin vəziyyəti yaxşı deyil. 1617-ci ildə qurulan və İkinci Dünya müharibəsindən “sağ çıxan” “Werneck” pivə zavodu (Almaniya) bağlanmaq üzrədir. Avropa istehsalçılarının problemlərinin səbəbi də koronavirus fonunda bar və restoranların bağlanmasıdır. Bir çox Almaniya pivə zavodları xərcləri azaltmaq üçün işçilərini yarı gün işlədir. Ollik “Oktoberfest” pivə festivalı isə ləğv edilib.

Qeyd edək ki, “Corona” pivəsini istehsal edən Meksikanın “Grupo Model” şirkəti hökumətin COVID-19-la mübarizə üçün elan etdiyi təcili tədbirlər ilə əlaqədar fəaliyyətini dayandırıb./publika.az

Share: