“Barselona” və “Real” 300-400 milyon avro itirə bilər

“Barselona” və “Real” koronavirus pandemiyası səbəbindən bu mövsüm təxminən 300-400 milyon avro itirə bilər.

Qol.az “Cadena SER”ə istinadən xəbər verir ki, mövsüm yaxın vaxtlarda bərpa olunmasa və oyunlar dekabra kimi azarkeşsiz keçiriləcəyi təqdirdə, bu, baş verəcək. Bildirilib ki, klublar təkcə bilet satışından 50 milyon avro itirəcək.

Bildirilib ki, əgər növbəti mövsüm də azarkeşsiz keçirilsə, sponsorluq ödənişlərinin potensial itkiləri istisna olmaqla,  itkilər 1.6 milyard avroya çatacaq. Sponsorluq ödənişləri ilə birgə isə bu rəqəm 1.9 milyard avro olacaq.

Share: