Putin İlham Əliyevi təbrik etdi

Putin İlham Əliyevi təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 74-cü ildönümü münasibətilə MDB dövlət başçılarını təbrik edib.

Milletinsesi.az xəbər verir ki, Putin təbrik məktubunu Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, tanınmamış Abxaziya və Cənubi Osetiya liderləri və vətəndaşlarına, eləcə də Gürcüstan və Ukrayna xalqına ünvanlayıb.

Qeyd edək ki, Putin bu il də ənənəvi olaraq göndərdiyi 9 May təbrikində Gürcüstan və Ukrayna liderlərini yada salmayıb.

Share: