ABŞ-da koronavirusa yoluxanların və ölənlərin sayı yenidən artıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Bildirilib ki, Birləşmiş Ştatlarda COVİD-19 virusuna yoluxanların sayı gün ərzində artaraq 954 min 182 nəfərə çatıb. Hazırda pandemiya qurbanlarının sayı 54 min 573 nəfərdir.
Qeyd edək ki, ABŞ koronavirusa yoluxanların və ölənlərin sayına görə dünyada birinci yerdədir.