İspaniya hökuməti karantin rejimini yumşaldacaq

İspaniyada karantin rejiminin yumşaldılmasına yönəldilmiş, rəsmən “yeni normal həyata keçid planı” adlanan proqram konkret tarixlər elan olunmadan dörd mərhələdə həyata keçiriləcək və iyunun sonuna qədər başa çatacaq.

ÜDM-in tərkibində turizmin payı 12 faiz təşkil edən bu ölkənin hökuməti “yeni normal səviyyəyə” nail olmağa və əhəmiyyətli dövr olan yay istirahət mövsümünü xilas etməyə ümid edir.

Baş nazir Pedro Sançes dedi: “Əgər biz ehtiyatlılıq və risk arasında seçim etməli olsaq, biz ehtiyatlılığı seçəcəyik. Biz GPS-sız gedirik, bu çevik plandır, bizdə vaksinlər yoxdur, amma vaxt gözləmir”.

Baş nazir bildirib ki, ölkənin hər regionu, onun ərazisində koronavirus infeksiyasının yayılma dərəcəsindən asılı olaraq, karantin məhdudiyyətlərini fərqli şəkildə zəiflədəcək.

İspaniyanın dörd adasında karantin birinci olaraq, mayın 4-dən başlayaraq, ölkənin qalan hissəsində isə bir həftə sonra zəiflədiləcək.

Share: