Bayram namazı iki rükətdir. Bu namaz doqquz qunutla belə qılınır: birinci rəkətdə həmd-surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib rükü və iki səcdəni yerinə yetirmək lazımdır.
“Millətin Səsi.az” bildirir ki, ikinci rükətdə isə həmd surədən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutub beşinci təkbirdən sonra rükü, səcdəni yerinə yetirib təşəhhüd və salamı demək lazımdır.
Bayram namazının qunutunda hər hansı dua oxunsa, kifayətdir. Amma daha yaxşı olar ki, aşağıdakı dua oxunsun:
“Allahummə əhləl kibriyai vəl əzəməti və əhləl cudi vəl cəbərut. Və əhləl əfvi vər rəhməti və əhlət təqva vəl məğfirəti əsəlukə bi həqqi hazəl yovm. Əlləzi cəəltəhu lil musliminə iyda . və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd. Və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd. Sələvatukə ələyhi və ələyhim. Allahummə inni əsəlukə xəyrə ma sələkə bihi ibadukəs salihun, və əuzu bikə mimməstəazə minhu ibadukəl muxləsun.