“Qarabağ”ın “vuran ayağı” 5 həftə sonra yenidən məşqdə – Şəkil

“Qarabağ”ın “vuran ayağı” 5 həftə sonra yenidən məşqdə – Şəkil

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın hücumçusu Zakaria Savo yenidən hazırlığa başlayıb. O, bərpa məşqlərində iştirak edir. 

Milletinsesi.az-ın QOL.az-a istinadən əldə etdiyi xəbərə görə, 26 yaşlı qambiyalı futbolçu qarşıdakı iki turun birindən başlayaraq artıq yenidən komandasının iştirak ərizəsində yer ala biləcək.

Xatırladaq ki, Ağdam təmsilçisinin yeni transferlərindən olan Savo iyulun 30-u SSKA-ya (Bolqarıstan) qarşı Sofiyada keçirilən UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında zədə almış, o vaxtdan bəri komandasının vacib oyunlarını buraxmalı olmuşdu.

Savonun dünənki məşqindən fotosu

 

Share: