Bakıda restoranın kassasından 5 min manat pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də rayon ərazisindəki restoranlardan birinin kassasından 5365 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Ömərov saxlanılıb.