Prezident onu təltif etdi – Sərəncam

Prezident İlham Əliyev Maqomedali Maqomedovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milletinsesi.az xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Maqomedali Maqomedoviç Maqomedov “Dostluq” ordeni ilə təltif edilsin”.

 

Share: