Ötən gün Rusiyada 8 min 246 nəfərdə koronavirus infeksiyası aşkar edilib.
Gün ərzində 143 xəstə vəfat edib, 5 min 271 nəfər sağalaraq evə buraxılıb. Moskvada 1359 nəfərin koronovirus testi müsbət çıxıb.
Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 537 min 210 nəfərə çatıb, indiyədək bu xəstəlikdən 284 mindən çox adam sağalıb, 7 min 91 pasiyent vəfat edib.
Hazırda Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ və Braziliyadan sonra üçüncü yeri tutur.