“Liverpul” “Barselona” ilə danışıqlara başladı

“Barselona”nın hücumçusu Osman Dembelenin “Liverpul”a keçəcəyi haqda daha bir xəbər yayılıb.

Qol.az “Daliy Star”a istinadən xəbər verir ki, Premyer Liqanın lideri fransalı futbolçunun keçidi üçün Kataloniya klubu ilə danışıqlara başlayıb. “Liverpul”un Dembeleni satın alma maddəsi ilə icarəyə götürmək istədiyi bildirilir.

23 yaşlı hücümçu xeyli müddətdir zədədən əziyyət çəkdiyi üçün “Barselona” rəhbərliyin onun satılmasına müsbət yanaşdığı qeyd olunub.

2017-ci ildən Kataloniya klubunda çıxış edən Dembelenin müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Share: