Ana iki azyaşlı uşağı olan evi benzin töküb yandırdı

Rusiyanın Novosibirsk vilayətində qadın içərisində iki azyaşlı uşağının olduğu taxta evi benzin tökərək yandırıb.

Om1.ru xəbər verir ki, hadisə yerinə gələn yanğınsöndürənlər uşaqlardan birini xilas edə bilsələr də, digər azyaşlı ölüb.

İstintaq materiallarından məlum olub ki, 30 yaşlı Kseniya Qriqoryeva övladlarına baxmamaq üçün qəsdən onları yandıraraq öldürmək istəyib.

O, törətdiyi əmələ görə21 il müddətinə azadlıqdan məhrum edilib.

Share: