Avstraliya sərhədlərini ilin sonuna qədər bağlı saxlaya bilər.
Bu barədə “Anadolu” agentliyi”Yaşıl qitə”nin Turizm naziri Simon Birmingemin açıqlamasına istinadla xəbər yayıb.
Obildirib ki, Avstraliyaya turizm məqsədilə giriş-çıxış uzun müddət bərpa olunmaya bilər. Nazirin dediyinə görə, sərhədlərin bu ilin sonuna qədər bağlı qalması ehtimalı var.
Ölkədə 1 875 000 insan koronavirus testindən keçib, onlardan 7 390 nəfərdə virus aşkar edilib. Son 24 saatda 20 yoluxmanın aşkar edildiyi qitədə koronavirusdan ümumilikdə 102 nəfər həyatını itirib.