Belarusda prezidentliyə namizədin evində axtarış aparılır

Belarus prezidentliyinə namizəd Viktor Babarikonun Loqoysk rayonunun Moçan qəsəbəsindəki evində axtarış aparılır.

Milletinsesi.az xəbər verir ki, bu məlumatı “Sputnik Belarus” agentliyi yayıb. Babarikonun evinin polis tərəfindən mühasirəyə alındığı bildirilib.

Qeyd edək ki, bundan öncə Viktor Babariko oğlu Eduardla birgə “Belqazprombank” işinə görə Maliyyə Təhqiqatları Departamentinə gətirilmişdilər.

Lukaşenko bundan öncə Babarikoya Rusiya oliqarxları tərəfindən dəstəyin verildiyini açıqlamışdı.

 

Share: