İyun ayında Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə Fələstin lideri Mahmud Abbasın görüşünə ümid edirik.
Milletinsesi.az xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər naziri Riyad əl-Maliki danışıb.
“Biz sammit zamanı liderlərin görüşünü təşkil etməyə çalışırıq”, – XİN rəhbəri bildirib.
Qeyd edək ki, iyunda Tacikistan paytaxtında “Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri sammiti” keçiriləcək.