Türkiyə Silahlı Qüvvələri “T-122 Sakarya” raket qurğusunu Liviya Milli Hökumətinə göndərib.
Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Liviya Milli Hökumətinə yaxın mənbələr Türkiyənin “Roketsan” şirkətinin istehsalı olan “T-122 Sakarya” raket qurğusunun Sirt yaxınlığında yerləşdirdiyini bildiriblər.
Qeyd edək ki, 40 km mənzilli bu raket qurğuları Suriyadakı əməliyyatlarda da istifadə olunmuşdu.