“Zirə-2” çempionatdan imtina etdi

Növbəti mövsümdə I Divizion iştirakçılarının sayı yenə azalıb.

Qol.az sportinfo.az saytına istinadən xəbər verir ki, «Zirə-2» fəaliyyətini dayandırıb.

Qəsəbə təmsilçiinin əvəzediciləri üzümüzə gələn çempionatda çıxış etməyəcək ki, bunun da səbəbləri müxtəlifdir. Əvəzedici heyətin bir neçə futbolçusu əsas komandaya cəlb olunub. Digərləri isə Gənclər Liqasında mübarizə aparacaq U-19-a göndərilib.

«Qartallar»ın bu addımı atması həm də I Divizionda oyun «alver»inin kütləvi hal almasıyla əlaqədardır. Ötən mövsüm baş verənlər hələ yaddan çıxmayıb.

AFFA «Ağsu»nu qış fasiləsində çempionatdan kənarlaşdırdı. Müxtəlif komandaların təqribən 50-yə yaxın şəxsini – futbolçu, məşqçi, funksioner, klub əməkdaşını ömürlük futboldan kənarlaşdırdı.

Birinci dəstəyə nəzarət zəif olduğundan, «Zirə» rəhbərliyi klubun imicini AFFA-ya 100 min manat cərimə ödəməkdən üstün tutub. Beləliklə, I Divizion nümayəndələrinin sayı 12-yə enib.

Bundan əvvəl «Qəbələ» son 2 ildə aşağı dəstədə çıxış etməkdən boyun qaçırıb.

Share: