Azərbaycanın ayrı-ayrı yüksək vəzifə sahiblərinin ölkədə korrupsiya, rüşvət yolu ilə əldə etdiyi pulları xarici ölkərə çıxarması günümüzün reallıqlarında adi hal kimi qəbul olunur.
Ancaq sabiq MTN şefi Eldar Mahmudovla bağlı araşdırmalar isə ağlasığmaz faktları üzə çıxarır.
Qeyd edək ki, bu yaxınlarıda Böyük Britaniyanın maliyyə istintaqçıları sabiq MTN şefinin övladlarının bu ölkədəki milyonlarının izinə düşüb. Ən gülünəsi isə budur ki, Mahmudovun prosesdəki vəkilləri bu milyonların guya sabiq nazirin ulu babasından qaldığını iddia edir.
Gununsesi.org-un yeni bir araşdırmasında Eldar Mahmudovun ölkədə cinayət yolu ilə əldə etdiyi milyonların daha bir ünvanı tapılıb.
Hələ Azərbaycanın milli təhlükəsizlik naziri olduğu dönəmdə İran əsilli Kazım Əsgəri (Askari Pooneh Kazem” adlı İspaniya vətəndaşı ilə birgə biznes fəaliyyətinə başlayan Eldar Mahmudov bu işə sabiq nəqliyyat naziri Ziya Məmmədovu da cəlb etmişdi. Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan “üçlük” tikinti bumunun geniş vüsət aldığı dövrdə on milyonlarla vəsait əldə etmişdilər.
Milli Təhlükəsizlik Nazirliyində yaratdığı mütəşəkkil cinayətkar dəstənin əməlləri nəticəsində yüz milyonlarla vəsait əldə edən Eldar Mahmudov bu pulları dünyanın bir neçə ölkəsinə çıxara bilmişdi.
Bu prosesdə yuxarıda adını qeyd etdiyimiz Kazim Əsgəri (Askari Pooneh Kazem) Mahmudovun “çirkli pullarını” Kanadada və İspaniyada yuya bilib.