Qobustanda ağır yol qəzası – BMW X6 aşdı

Qobustan rayonunda ağır yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan 10-TJ-053 dövlət nömrə nişanlı “BMW X6” markalı avtomobil idarəetməni itirib və yoldan kənara çıxaraq aşıb. Nəticədə avtomobil tam yararsız vəziyyətə düşüb. Hadisə vaxtı avtomobildə tək olan sürücü sağ qalıb.

Qəzaya döngəli enişdə yüksək sürətin səbəb olduğu güman edilir.

Araşdırmalar aparılır. (“Report”)

Share: